Maqazin 19:56 09.03.2019

Könül Xasıyeva Bakıdan köçür

Xalq artisti Könül Xasıyeva Şəkiyə köçür.

Qaynarinfo-nun axsam.az-a istinadən məlumatına görə, xanəndə bu haqda "5/5” verilişində deyib. O bildirib ki, martın 17-də Heydər Əliyev Sarayında verəcəyi konsertdən sonra Bakıdan köçəcək:

"Yarım əsr yaşadım, daha bəsdir. Yaxşı və gözəl yaşadım. Konsertdən sonra köçəcəm rayona. Daha dağlar qoynunda yaşayacam. Hökümətimiz atamın rayondakı evini təmir edib, hər şəraiti var, rahatdı. Kazımla (oğlu – red.) birlikdə gedəcəm anamın yanına. Onu tək qoymayacam”.
 
Qeyd edək ki, K.Xasıyeva bir müddət əvvəl atasını itirib.