Xalq artisti Könül Xasıyeva "Həyat” Fondunun səfiri təyin olunub.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndənin Heydər Əliyev Sarayında baş tutan konsertində aparıcı Hacı Nuran Hüseynov deyib.
O, gecədə K.Xasıyevaya hədiyyəsini verərək, bunları söyləyib:
"Bir neçə gündən sonra Könül xanımın yubileyidir. Bizim "Həyat” fondunun ona hədiyyəsi var. Bizim Könül Xasıyeva ilə yolumuz eynidir. Onu "Həyat” fondunun səfiri elan edirəm”.
Şərhlər