Video 15:45 21.12.2017

Könül Xasıyeva yenidən xəstəxanaya yerləşdiriləcək (VİDEO)

"Kiminsə toyuna getmək sağalmaq demək deyil. Bu gün də ağrıkəsicilərlə harasa gedə bilərəm. 3 gündür çox narahatam”.

Qaynarinfo xəbər verir ki, bu sözləri xalq artisti Könül Xasıyeva ARB TV-nin "Günə son” proqramında deyib.

Ağır xəstəlikdən əziyyət çəkən xanəndə sabahdan xəstəxanaya yerləşdiriləcəyini söyləyib:

"Könül Kərimovanın qızının məclisindən sonra internetdə rastlaşdım ki, mənim haqqımda xoş sözlər söylənilib. Xəstəlikdi də, bu da keçər. Dünən də təcili yardım gəldi. Dedilər ki, ürəyində heç nə yoxdur. Sinir ağrılarıdı.

Astmadan da əziyyər çəkirəm. Dünən həkimlə danışmışam. Yenidən müalicə götürəcəm. Sabahdan xəstəxanaya yatırılacam. Oynaq ağrıları, qollarım, ayaqlarım, güclü baş ağrıları və həyəcan, stress 3 gündür artıb. Heç ağrıkəsicilər çox vurmaq olmaz. Bacılarım yanımdadır. Əsas istəyim sağalıb və Kazımın yanında olmaqdır”.