Video 22:25 13.05.2019

Koçaryanın məhkəməsində dava düşdü - VİDEO

Yerevan məhkəməsində Ermənistanın sabiq prezidenti Robert Koçaryanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakim məhkəmə önünə toplaşan şəxslərin iclasda iştirak etməsinə icazə verib. Bu zaman iclas zalının qarşısında Koçaryanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma yaranıb.
 
Təhlükəsizlik xidməti və polis əməkdaşları müdaxilə edərək davanın qarşısını alıblar.


Xatırladaq ki, keçmiş prezident Robert Koçaryan 2018-ci il iyulun 27-də həbs olunub.

O, 2008-ci ilin 1 mart hadisələrinə görə mühakimə edilir. Koçaryan konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmaqda ittiham olunur.