Texnologiya 12:24 21.11.2017

Kofeli avtobus

İngiltərənin paytaxtı Londonda atmosferə daxil olan zərərli qazın miqdarını azaltmaq üçün kofedən əldə edilmiş bioyanacaqdan istifadə ediləcək.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Bio-bean" şirkəti kofedən hazırlanmış və 1 avtobusu 1 il ərzində yanacaqla təmin edəcək bioyanacaq istehsal etdiyini açıqlayıb. Şirkət Londonda kofe artıqlarını toplayır və bu tullantılardan alınan kofe yağı başqa heyvani və bitki tərkibli yağlarla qarışdıraraq yanacaq əldə edir. Bildirilir ki, gündə 2-3 stəkan kofe içilən Londonda il ərzində 200 min ton kofe qalığı olur və bu miqdar enerji istehsalı üçün istifadə ediləcək. 

Hazırda Londonda 9500 avtobusun bir hissəsi qida yağı, ət yağından əldə edilmiş bioyanacaqla işləyir.

"Bio-bean"in qurucusu Artur Key qeyd edir ki, ildə 38 milyard stəkan kofenin içildiyi Fransada da bu layihəni tətbiq etmək istəyirlər.

Gülşən
Qaynarinfo.Az