phrase_var_qaynar. 21:05 20.08.2020

Kolumbiyalı futbolçu "Qarabağ"dakı ilk rəsmi oyunundan danışdı

"Bu, həftələrlə görülən işləri göstərməli olduğumuz oyun idi. İlk dəqiqələrdən təşəbbüsü ələ aldıq və rəqibə çox şans vermədik".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Kevin Medina UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandasını 4:0 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib. 

Kolumbiyalı müdafiəçi rəqibin keyfiyyətli komanda olduğunu bildirib. Medinanın sözlərinə görə, daha istəkli olduqları üçün qələbə qazanan tərəf olublar. 

27 yaşlı futbolçu "Qarabağ"dakı ilk rəsmi oyunundan da söz açıb: "Hər şey əla idi. Meydanda özümü yaxşı və inamlı hiss edirdim".

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində Moldova "Şerif"i ilə qarşılaşacaq. Bu raundun görüşləri 26 avqustda keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.

Oxşar xəbərlər