Ölkə 18:40 31.01.2018

Komadan ayılan millət vəkili evə buraxıldı

Milli Məclisin deputatı Nəriman Əliyev komadan ayılıb tam reabilitasiya keçdikdən sonra evə buraxılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə xalq.az-a Milli Məclisin deputatı, Tibb üzrə elmlər doktoru Rəşad Mahmudov məlumat verib.

Rəşad Mahmudov qeyd edib ki, Nəriman Əliyevin daxili orqanları artıq öz funksiyalarını bərpa edib. Kritik durum artıq geridə qalıb. Deputat tam reabilitasiya və intensiv müalicə proseslərini keçərək bu gün xəstəxanadan evə buraxılıb: 

"Hesab edirəm ki, bu həqiqətən Nəriman Əliyevin timsalında Azərbaycan səhiyyəsinin böyük üğurudur, hətta buna bənzər kritik vəziyyətdə olan xəstələrə dərhal müalicəsi mümkündür. Nəriman Əliyevin xəstəliyi tək ölkəmiz üçün deyil, həm Avropa, həmçinin dünya üçün ağır qiymətləndirilirdi. Prezident İlham Əliyevə səhiyyə sistemində bu potensialı yaratdığına görə təşəkkürümü bildirirəm. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsində düşünülmüş və məntiqli siyasəti, diqqəti belə uğurlarımıza səbəbdir. Səhiyyə naziri Oqtay Şirəliyevə təşəkkürümü bildirirəm. Nəriman Əliyevin xəstəliyi dövründə hər zaman öz diqqətini əsirgəmədi. Həmçinin Bakı Ürək Mərkəzinin bütün əməkdaşlarına minnətdarlıq edirəm. Bu gün dünyanı valeh edən çox məşhur tibbi ekspertlərin ümidinin kəsildiyi zamanda belə bir nəticənin əldə olunması hər birimiz üçün qürürverici hadisədir. Bir daha Nəriman müəllimin yaxınlarına keçmiş olsun deyirəm".

Rəşad Mahmudov bildirib ki, Nəriman Əliyev qısa müddətdə ev şəraitində müalicəsini davam etdirəcək və bundan sonra fəaliyyətini bərpa edəcək.