İdman 13:52 07.06.2020

Konor Makqreqor karyerasını bitirdiyini açıqladı

Konor Makqreqor karyerasını bitirdiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, irlandiyalı döyüşçü bu barədə "Twitter” hesabında yazıb:

"Salam, uşaqlar, mən döyüşlərdən getməyə qərar verdim. Gözəl xatirələrə görə hamıya təşəkkür".

O, paylaşımına anası Marqaretlə olan fotosunu da əlavə edib. 
 
Qeyd edək ki, Konor buna qədər 2 dəfə karyerasının başa çatdığını açıqlasa da, sonradan döyüşlərə çıxıb.