Dünya 10:59 27.05.2019

Konqoda qayıq qəzası: 30 ölü, çox sayda itkin var

Konqo Demokratik Respublikasında 350 nəfəri daşıyan qayıq Mai-Ndombe gölündə qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, qəzadan 183 nəfər xilas edilib, 200-ə yaxın sərnişin itkin düşüb, azı 30 nəfərin meyiti tapılıb. 

Axtarış-xilasetmə tədbirləri davam etdirilir. 

Qeyd edək ki, Konqoda gəmi və qayıqların həddindən artıq yüklənməsi ilə əlaqədar bu tip qəzalar tez-tez baş verir.

Gülşən