Dünya 13:38 01.11.2019

Konqresmendən etiraf: “Erməni soyqırımı” layihəsinə ona görə səs verdim ki...”

ABŞ-ın Demokratlar Partiyasından millət vəkili Stiv Kohen 29 oktyabr günü Nümayəndələr Palatasında keçirilən səsvermədə 1915-ci il hadisələriylə bağlı erməni soyqırımı iddialarını ehtiva edən qərar layihəsinə "hə” deməsinin səbəbini açıqlayıb. 

Qaynarinfo odatv.com-a istinadla xəbər verir ki, Nümayəndələr Palatasında Tennessi əyalətini təmsil edən və Türkiyə-ABŞ əlaqələri qrupunun üzvü olan Kohen 29 oktyabr günü keçirilən səsvermədə layihənin siyasi səbəblərlə qəbul etdiyini bildirib:

"Mən həmişə erməni soyqırımı ilə bağlı layihəyə qarşı çıxmışam. Amma bu həftə layihənin lehinə səs verdim. Çünki Türkiyə ABŞ-la sayğısız rəftar edir”.

Türkiyənin Suriyada təşkil etdiyi "Barış pınarı” hərəkatının qərara təsir etdiyini deyən Kohen əlavə edib: 

"Onu deyə bilərəm ki, Konqres öz rejimini dəyişdirib. Erməni layihəsi üçün bu günəcən 218 əldə edilməmişdi”.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası 29 oktyabrda "Barış pınarı” hərəkatı ilə bağlı Türkiyəyə sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi ilə 1915 hadisələrinə bağlı erməni soyqırımı iddialarını ehtiva edən qərar qəbul edib.