Dünya 11:20 08.03.2013

Koreya yarımadasında müharibə səsləri

Şimali Koreya birtərəfli şəkildə Cənubi Koreya ilə indiyədək bağlanmış bütün hücum etməmə haqqında razılaşmalardan imtina edib. 

APA-nın verdiyi xəbərə görə, rəsmi Pxenyan bu cür addımı BMT Təhlükəsizlik Şurasının KXDR-in nüvə sınaqlarına görə tətbiq etdiyi sanksiyalara cavab olaraq atdığını bildirib.

KXDR həmçinin Cənubi Koreya ilə sərhədi bağladığını və iki ölkə arasında olan yeganə fövqəladə hallar üçün nəzərdə tutulmuş telefon əlaqəsi xəttini kəsdiyini də bəyan edib.

Rəsmi Pxenyan bu bəyanatı BMT KXDR-ə qarşı yeni sanksiyalar paketini qəbul etdikdən bir neçə saat sonra səsləndirib.

Qaynar.info