Ekonomiks 10:46 25.02.2020

Koronavirus azərbaycanlı milyarderə 1,2 milyard dollar zərbə vurdu

Dünyanın ən varlı adamları koronavirus səbəbindən 139 milyard dollar itirib.

Qaynarinfo xbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. "Dünyanın ən varlı adamları - 500" siyahısında olan biznesmenlər 2016-cı ildən bəri ilk dəfədir belə böyük miqdarda itki ilə üzləşirlər.

Beləliklə "Dow Jones" 3,5%, "S&P 500" 3,35%, "Nasdag" isə 3,71% dəyər itirib.

Dünyanın ən varlı adamı, "Amazon" şirkətinin rəhbəri Cef Bezos 4,8 milyard, "Louis Vuitton Moet Hennessy"nin baş direktoru Bernard Arnault da bir o qədər, "Zara"nın sahibi Amansio Orteqa 4, "Facebook"un rəhbəri Mark Zukerberq 3,48, "Google"un qurucularından Larri Peyc isə 2,7 milyard dollar zərərə uğrayıb.

Birjalarda səhmlərin qiymətlərinin düşməsi ruslara da təsir edib. Məsələn, "LUKoil"in rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərov 1,21 milyard, "Novatek"in sahibi Leonid Mixelson isə 692 milyon dollar itirib.

Camal