Sağlamlıq 11:20 03.08.2020

Koronavirus beyində də fəsadlara yol açır - Alimlər açıqladı

Yeni tip koronavirus infeksiyası beynə də təsir göstərir.

Qaynarinfo xəbər verir ki, bu qənatə itliyalı mütəxəssislər gəliblər. Ölkədəki koronavirus xəstələrini müayinə edən alimlər sağalanların 88 faizidə narahatlıqların davam etdiyini müəyyənləşdiriblər.

Onların fikrincə orqanizmə düşən virus irəliləyərək bütün orqanlara zərər verir. Sadəcə ağciyər, ürək və böyrəklərdə deyil, sinir sistemi bə beyində də fəsadlara yol açır.Belə ki, nevroloqlar koronavirus "Nevro korona" adlandırırlar.

Almaniyanın Nevrologiya Dərnəyinin baş direktoru professor Peter Berlit bu barədə xəbərdarlıq edib. Bild qəzetinə danışan Berlit virus və bakteriyaların bədəndə yaratdığı fəsadların aradan qalxmasının 1 il çəkdiyini deyib.

"Amma koronavirusda bunu hələ bilmirik. Ən tezi 2021-ci ilin baharında koronavirusda hansı təsirlərin aradan qaldığını, hansılarının qalıcı olduğunu görə biləcəyik".

Camal