Ekonomiks 09:21 29.02.2020

Koronavirus ən zənginləri də “vurdu” – 444 milyard dollar itirdilər

Koronavirusun yayılması fonunda fond birjalarında ciddi azalma səbəbindən bu həftə dünyanın 500 ən varlı insanının ümumi sərvəti 444 milyard ABŞ dolları azalıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu cür qiymətləndirmələri "Bloomberg” yayımlayıb. 

Məlumata görə, dünyanın üç ən zəngin insanı: "Amazon” korporasiyasının başçısı Ceff Bezos, "Microsoft”un həmtəsisçisi Bill Qeyts və LVMH ("Louis Vuitton Moet Hennessy”) fransız şirkətləri qrupunun baş direktoru Bernar Arno ən böyük itkilərə məruz qalıblar. Agentliyin qiymətləndirilmələrinə görə, onların ümumi sərvəti təxminən 30 milyard ABŞ dolları azalıb.

Planetin ən zəngin insanlarının reytinqində 25-ci yeri tutan "Tesla” şirkətinin başçısı İlon Mask şirkətin aksiyaların qiymətinin düşməsindən sonra bu həftə 9 milyard ABŞ dolları itirib.