phrase_var_qaynar. 14:35 30.10.2020

Koronavirus epidemiyasından can qurtaran birinci ölkə hansı olacaq?

İmmunoloq, xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov İsveçin koronavirus pandemiyasının aradan qaldırılmasına kömək edəcək kütləvi immunitet səviyyəsinin 60-70% -ə çatan ilk ölkə ola biləcəyini bildirib.


Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, isveçlilər lap əvvəldən virusu sərbsətlik verməklə düzgün taktika seçiblər. Həkim onu da vurğulayıb ki, bunun üçün səhiyyə sisteminizə tamamilə arxayın olmağınız lazımdır.


Jemçuqov İsveçdə virusa yoluxanların çox olduğunu, lakin həmin yüksək səviyyəli səhiyyə sistemi sayəsində az sayda ölən olduğunu qeyd edib.

 

Alpər

Oxşar xəbərlər