Dünya 09:40 24.02.2020

Koronavirus epidemiyası Çinin iqtisadiyyatına necə təsir edəcək?

Yeni növ koronavirus epidemiyasının ölkə iqtisadiyyatına təsiri qısamüddətli olacaq və uzunmüddətli perspektivdə ümumi iqtisadi inkişafa təsir etməyəcək.

Qaynarinfo xəbər verir ki, bu haqda bazar ertəsi Çin Xalq Respublikasının İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin katibi Tsong Liang media nümayəndələri ilə görüşündə deyib.

"Ümumiyyətlə, bu məsələ nəzarətdədir və uzunmüddətli dövrdə milli iqtisadiyyatın müsbət inkişafının əsas vektorunu dəyişdirməyəcək", - Komitə katibi bildirib.

Partiya katibi əlavə edib ki, epidemiyanın qarşısını almaq üçün görülən tədbirlərin nəticələrinin tədricən təzahürü ilə yanaşı, Çin hakimiyyəti "epidemiyanın iqtisadiyyata təsirini minimuma endirmək üçün inama, mənbələrə və imkanlara malikdir”.
 
Alpər