Dünya 14:17 25.01.2020

Koronavirus fəlakəti böyüyür: ölənlərin sayı 40-ı keçdi

Çində koronavirusdan ölənlərin sayı artmaqda davam edir. 

Qaynarinfo Reuters agentliyinə istinadən xəbər verir ki, virus qurbanlarının sayı 40-ı keçib.

Bildirilir ki, təkcə son bir gündə daha 15 nəfər ölüb, qurbanların ümumi sayı 41-ə çatıb. Virusa yoluxanların sayı isə hazırda 1287 nəfərdir. Virus Çinin demək olar ki, bütün əyalətlərinə yayılıb.

Ölüm halları əsasən xəstəliyin dekabr ayında qeydə alındığı Vuhan şəhərində baş verib - şəhər ÇXR hakimiyyəti tərəfindən bloklanıb. Ayrıca, Hebei və Heilongjiang əyalətlərinin hərəsində bir nəfər olmaqla həyatını itirib.
 
Alpər