Şahin Cəfərli
phrase_var_qaynar. 12:03 26.01.2020

Koronavirus hərbi laboratoriyadan yayılıb?

Şahin Cəfərli
Politoloq

Bu gün Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin təcili iclası keçirilib. Si Tszinpin koronavirusun ("2019-nCoV”) sürətlə yayıldığını, vəziyyətin çox ciddi olduğunu etiraf edib.

Paytaxt Pekində bütün turizm turları dayandırılıb. Virusun yayıldığı Hubey əyalətində 60 milyon civarında əhalinin yaşadığı 19 şəhər karantin altındadır. Starbucks və McDonald's şəbəkələri bu əyalətddə fəaliyyətini dayandırıb.

Dövlətlər virusun baş qaldırdığı Vuhan şəhərindən vətəndaşlarının təxliyyəsinə başlayır. ABŞ hökuməti Vuhan Baş Konsulluğunu müvəqqəti bağlayıb və öz vətəndaşlarını oradan çıxaracağını açıqlayıb. İordaniya kralı ölkə vətəndaşlarını gətirmək üçün Vuhana təyyarə göndərib. Rusiya da Vuhandan rusiyalıların təxliyyəsinə hazırlıq görür.

Virus sürəkli mutasiyaya uğradığı üçün hələlik müalicəsini tapmaq mümkün olmur. "2019-nCoV” 1918-20-ci llərdə 100 milyon insanın ölümünə səbəb olan "ispan qripi” epidemiyasından daha sürətlə yayılır.

P.S. Sosial mediada müxtəlif konspiroloji iddialar var, biri də budur ki, virus Vuhandakı hərbi laboratoriyadan ətrafa yayılıb. Guya orada viruslar üzərində eksperiment aparılırmış. Xəstəliyə yoluxanların və ölənlərin sayının rəsmi məlumatlarda göstərilən rəqəmlərdən qat-qat artıq olduğu da deyilir.

Oxşar xəbərlər