Yeni növ koronavirus (Covid-2019) səbəbindən ən çox ölümün yaşandığı ikinci ölkə olan İtaliyada virusa yoluxan xəstələrin müalicə olunduğu xəstəxananın görüntüləri ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, yayılan görüntülərdə həkimlərin qana daha çox oksigen getməsi üçün xəstələri üzü üstə yatırdıqları görünür. Həmçinin ölkədə həkim qıtlığı da yaşanır.
Belə ki, rəsmi açıqlamaya görə yaxın zamanda təqaüdə çıxmış həkimlərin yenidən işlərinə qaytarılacağı gözlənilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər