Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilərn tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən bu gecədən bütün bulvar, park və istirahət giriş məhdudlaşdırılacaq.
Metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığındakı Heydər parkından və Sumqayıt şəhərindəki Heydər parkından çəkilən görüntüləri təqdim edirik:
Şərhlər