Sənət 20:22 07.06.2020

Koronavirusa yoluxan əməkdar artist evə buraxıldı (FOTO)

Koronavirusa yoluxan Azərbaycan teatr və kino aktyoru, əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev xəstəxanadan evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə aktyorun özü sosial şəbəkə hesabında məlumat verib:

"Dəyərli dostlar! Bu gün xəstəxanadan evə buraxıldım. Göydə Allahın, yerdə Sizlərin duaları və Çox dəyərli həkimlərin yardımı ilə bu bəladan xilas oldum... Başda Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasının həkimi İntizar xanım Məmmədova olmaqla bütün tibb bacılarına və mənim üçün narahatlığınıza görə Sizlərə dərin təşəkkürümü bildirirəm... Allah hamınızdan razı olsun".