Ölkə 17:36 06.01.2022

Koronavirusa yoluxma statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 851 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 619 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 906 nəfər müalicə olunaraq sağalıb, 8 422 nəfər vəfat edib, aktiv xəstə sayı 7174 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 044, ötən müddət ərzində isə ümumilikdə 5 911 227 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 33 482 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 594, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 457, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 431 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 407 447, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 175 536, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 684 670, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 547 241 təşkil edir.