Sağlamlıq 16:14 11.09.2021

Koronavirusa yoluxmanın gözlənilməz səbəbi məlum oldu

Pis əhval koronavirus infeksiyasına yoluxmaya səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Svetlana Malinovskaya deyib. Onun fikrincə, ruhi vəziyyət bədənin müdafiəsinə təsir göstərir. Qorxu, panika, depressiya immuniteti kəskin şəkildə azalır. Həkim əmindir ki, mövcud xəstəlik səviyyəsi əsasən immunitetin aşağı olması ilə əlaqədardır.

Eyni zamanda, Malinovskaya xahiş edir ki, koronavirusun insan psixikasına təsirini unutmayaq. Koronavirusun xəstənin özünü qoruma instinktini söndürə biləcəyi məlumdur, belədə xəstə ciddi təhlükəyə baxmayaraq, müalicədən imtina etməyə başlayır. Depressiya COVID-19-dan sağalandan sonra da baş verə bilər. Bu cür depressiya uzun müddətli xarakterə malikdir və çox çətinliklə müalicə edilir.

İndi dünya əhalisinin əksəriyyəti koronavirusun delta ştammına yoluxur. O, adi variantdan daha yoluxucudur və peyvənd həmişə ona qarşı kömək etmir. Virus mutasiya etməyə davam edir. Dünya Səhiyyə Təşkilatı bu ştamı "narahatlıq doğuran" adlandırıb.
 
Alpər