Dünya 10:53 11.03.2020

Koronavirusa yoluxmaq üçün yüzlərlə insan könüllü oldu

Hvivo şirkəti koronavirusun dərmanını tapmaq məqsədilə epidemiyaya könüllü yoluxmaq istəyən 24 nəfərə ehtiyac olduğu ilə bağlı məlumat yayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, könüllülərə gündəlik 100 fund-sterlinq məvacib təklif edilib. Elandan qısa müddət sonra yüzlərlə insan müraciət edib.

Seçilən şəxslər daha az təsirli virus yoluxdurulacaq və karantin altında şirkətin yaratdığı vaksinlər sınaqdan çıxarılacaq.

Bu proqramın virusa qarşı dərmanın qısa zamanda tapılmasına kömək edəcəyi bildirilir.

Camal