Maqazin 15:56 17.08.2021

Koronavirusdan sağalan Əməkdar artist: “2-ci doza peyvənd vurdurmuşdum“

Bir müddət əvvəl koronavirusa yoluxan Əməkdar artist Nigar Şabanova sağalıb.

Qaynarinfo xəbər verir ki, xəstəxanaya yerləşdirilən ifaçı sosial şəbəkə hesabında bu haqda məlumat verib.

O, hər iki doza peyvənd olunmasına baxmayaraq, koronavirusa yoluxduğunu bildirib:

"Özünüzü koronavirusdan qoruyun, sosial məsafə saxlayın, gigiyenik qaydalara mütləq əməl edin. Vaksinə də arxayın olmayın! 2 doza vaksinin ikisini də etdirmişdim, amma toyda ara məsafəsi saxlamadım və yoluxdum. Allah heç birinizə ağrı-acı nəsib etməsin. Sağalmışam, sabahdan sevimli makiyajlarıma qovuşacam. Sizi sevirəm, əzizlərim”.