Xəbər lenti

Koronaviruslu azərbaycanlı ana dünyaya sağlam körpə gətirdi
Dünya 11:58 25.03.2020

Koronaviruslu azərbaycanlı ana dünyaya sağlam körpə gətirdi

Qərbi Azərbaycan Əyalətinin Poldəşt şəhərində koronavirusa yoluxmuş qadın sağlam körpə dünyaya gətirib.

Bu barədə Poldəşt Səhiyyə İdarəsinin rəisi Aydın Rəhimzadə Cahandari "Araz səsi” saytına məlumat verib.

"Martın 23-də Poldəştin İmam Xəstəxanasında koronavirusa yoluxmuş bir ana sağlam uşaq dünyaya gətirib. Qadın xəstə olduğu üçün həkimlər və tibb bacıları ona xüsusi diqqət yetirib. Müayinə zamanı yeni doğulmuş uşaqda koronavirusa rast gəlinməyib.”- deyə o bildirib.

Yeni doğulan körpənin ailəsinə təhvil verdiyini bildirən Aydın Rəhimzadə Cahandar koronavirus daşıyıcısı olan ananın müalicə almaq üçün Xoy şəhərinə göndərildiyini qeyd edib.

Poldəşt Səhiyyə İdarəsinin rəisi hal-hazırda Poldəşt şəhərində 3 nəfərin koronavirusa yoluxduğunu diqqətə çatdırıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->