Sağlamlıq 23:02 18.02.2021

Koronavirusun daha bir növü aşkarlanıb

Norveçdə koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı "NRK” televiziya şirkəti məlumat yayıb.

Ötən gün ərzində "B.1.525” adlanan yeni növə 10-a yaxın yoluxma hadisəsi qeydə alınıb.

Norveç Səhiyyə İnstitutunun şöbə müdiri xanım Layn Vold bildirib ki, yeni ştammın yoluxucu olub-olmaması barədə yetərli məlumat yoxdur və yeni koronavirus müşahidə altında saxlanılacaq

Həkimlərin fikrincə, yeni ştammın koronavirusun Böyük Britaniya və Cənubi Afrika mutasiyaları ilə oxşarlığı var. (unikal.org)