Sağlamlıq 11:00 20.02.2021

Koronavirusun daha bir ştammı aşkar edildi

Alimlər koronavirusun yeni – "yapon” ştammının aşkar olunduğunu bəyan ediblər.

"RİA Novosti”nin məlumatına görə, mütəxəssislər mutasiyanın COVID-19-un digər növləri ilə müqayisədə daha yoluxucu ola bilməsindən narahatlıqlarını bildiriblər.

Onlar həmçinin vurğulayıblar ki, ştammın yarandığı ölkəni hələ dəqiq müəyyənləşdirməyiblər, ancaq güman edirlər ki, o, Banqladeşdən gələ bilər.

Bundan əvvəl ABŞ-da koronavirusun hibrid ştammı aşkarlanıb.//Virtualaz.org