Sağlamlıq 18:14 08.10.2020

Koronavirusun dəridə qalma müddəti alimləri şoka saldı

Pandemiyada əlləri sabunla yumağın və ya tərkibində alkoqol olan antiseptiklərlə təmizləməyin vacibliyini Yaponiya alimləri sübut edib.


Qaynarinfoxəbər verir ki, onların araşdırmalarına görə, yeni koronavirus növü dəridə 9.04 saat qala bilər.

 

Bu, qrip virusunun ömrünün demək olar ki, beş qatına bərabərdir - 1.82 saat.

 

Eyni zamanda, COVID-19 törədicisi asqırma və öskürək zamanı yayılmanı simulyasiya etmək üçün təcrübə məqsədi ilə mucus ilə qarışdırıldıqda daha da "yüksək" olub. Bundan sonra virus 11 saat yaşayıb, - "Clinical Infectious Diseases” yazıb.

 

Alpər