Dünya 15:56 25.03.2020

Koronavirusun süni mənşəli olmasını təsdiq edən dəlil tapıldı

Vuhan Virusologiya İnstitutunun alimləri Amerika tədqiqat komitəsinin koronavirusun yaradılışıyla bağlı layihəsində iştirak edib. Nəticədə koronavirusun hibrid versiyası yaradılıb.

Qaynarinfo xəbər verir ki, davam edən araşdırmalar haqqında məqalə 9 noyabr 2015 tarixində nəşr edilib. Onun həm Çin, həm də amerikalı 15 müəllifi var. Məqalədə süni bir patogenin yaradılması, onun siçanlarda və insanın ağciyər epitelində sınaqdan keçirilməsindən bəhs olunur. Alimlər SARS kimi virusların səbəb olduğu xəstəliyin mexanizmini öyrənməyə çalışıb. Məqalə hələ ki ictimaiyyət üçün açıqdır.

Qeyd olunur ki, SARS ABŞ ordusunun Yoluxucu Xəstəliklər İnstitutundan alınan Vero E6 hüceyrələri ilə birlikdə becərilməyə çalışılıb. Xəstəliyin təsirini tapmaq üçün insan ağciyərlərinin epiteliyası da əldə edilib.

Tədqiqat zamanı bütün elm adamları mümkün olan ən yaxşı qoruyucu tədbirlər görülüb - kimyəvi müdafiə kostyumları, ayaqqabı örtükləri, respirator, əlcək taxılıb. Digər vacib bir həqiqət - 2015-ci ildə Vuhan laboratoriyası üçüncü səviyyədən ən yüksək təhlükəsizlik səviyyəsinə - dördüncüyə keçirilib.

Nəticədə tərs genetika metodundan istifadə edən elm adamları atipik pnevmoniyaya səbəb olan "ilk" SARS-ı əsas götürərək kimyer virusu yaratmağı bacarıblar. 

Ancaq qeyd edək ki, bu yaxınlarda "Nature Medicine” jurnalında koronavirusun süni mənşəyini təkzib edən bir məqalə də ortaya çıxıb.
 
Alpər