Foto 13:29 28.01.2020

Koronavirusun yayıldığı iyrənc bazardan FOTOLAR

Çin Xəstəliyə Nəzarət və Tədbirlər Mərkəzi ölkədə 106 nəfərin ölümünə səbəb olan koronavirusun Huanan Dəniz Məhsulları Topdan Satış Bazarından yayıldığı təsdiqlənib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bazarda qanunsuz şəkildə koaladan qarışqayeyənə, maraldan siçana qədər bir çox heyvan ət və ya canlı şəkildə satılır. Lakin virusun hansı heyvandan yayıldığı hələlik məlum deyil. Ötən həftə mütəxəssislər epidemiyanın ilanda yayılmış ola biləcəyini açıqlamışdılar. Bu açıqlamadan bir gün öncə isə virusun Çində tez-tez yeyilən yarasa şorbasından yayıldığı iddia edilmişdi. Bazar çinlilərin ən çox üz tutduğu yerdi. Bura gələn müştərilən seçdikləri heyvanı kəsdirib, aparırlar. Bazarda heyvanlar kiçik qəfəslərdə saxlanılır və tələb əsasında kəsirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl bazarın fəaliyyəti dayandırılıb. Uhanda virusa yoluxduğu təsdiqlənən 4515 nəfərdən 976-sının vəziyyətinin ağır olduğu bildirilir. Lakin mütəxəssislər bu rəqəmin 100 minə yaxın olduğunu ehtimal edirlər.

Sözügedən bazardan görüntüləri təqdim edirik.
 
Camal