Video 11:13 01.11.2019

Kosmonavtlar belə yatır: İnsanı vahiməyə salan görüntülər (VİDEO)

Haçansa kosmonavtların yuxu ehtiyacını necə təmin edə biləcəyini düşünmüsünüzmü? Düşünsəniz belə, yəqin ki, cavabın bu qədər dəhşətli ola biləcəyini təsəvvür etməmisiniz. 

Qaynarinfo xəbər verir ki, WiD Tech tərəfindən paylaşılan bir videoda beş kosmonavtın kosmosda necə yatdığı göstərilir.

Videoda beş kosmonavtın kosmik aparatda fərqli mövqelərdə yuxuya getdiyini görürük. Lakin kosmonavtların heç biri normal vəziyyətdə yatmır. İlk iki kosmonavt sanki ayaq üstdə yatıb. Videonun əvvəlində görünən ilk kosmonavt bir yerə bənd edilmiş ağ çuvalda yatır.

Videoda daha sonra görünən digər iki kosmonavt sanki havada uçur. Hər iki kosmonavt da qolları havada yatdığından görüntü adamda bir az qorxu yaradır. İki kosmonavtın altında isə başqa bir kosmonavt yatır. 

Qeyd edək ki, kosmosda "aşağı” və "yuxarı” anlayışları olmadığı üçün kosmonavtlar istənilən vəziyyətdə yata bilərlər. Bununla belə, onlar uçaraq yatdığı halda bir yerə çırpılmamaq üçün özlərini bir yerə bərkidirlər. Hər bir kosmonavtın proqramına gündə səkkiz saatlıq yuxu daxildir. Bundan əlavə, kosmosda yatanlar da eynən yerdəki kimi yuxu və kabuslar görə bilərlər. 
 
Alpər