Ekonomiks 12:44 05.08.2013

Kosmosa danışan robot göndərildi - FOTO

Yaponiya Beynəlxalq Kosmik Stansiya (BKS) üçün orbitə içi avadanlıq dolu raket yollayıb.

Milli.Az Daily Mail-ə istinaDən bildirir ki, raketin BKS-ə apardığı avadanlıq və texnika arasında "Kirobo" adlı danışan robot da var.

Taneqaşima Kosmik Tədqiqatlar mərkəzindən (Tanegashima Space Center) verilən məlumata görə, süni intellektlə təchiz edilmiş robot kosmonavtlarla ünsiyyət üçün yaradılıb.

"Koichi Wakata" şirkətinin istehsalı olan Kirobo kosmonavtlarla dialoq aparmaq və əvvəlki söhbətlərə əsaslanaraq cavabları "düşünmək" iqtidarındadır.

Kirobo layihəsinin meneceri Yoriçika Nişimanın dediyinə görə, alimlər bu "kosmonavt-robot" vasitəsilə əvvəllər eşidilmiş söhbətlər əsasında süni intellektin nə dərəcədə inkişaf edəcəyini araşdırmaq istəyirlər.

Qaynar.info