İdman 23:27 07.09.2018

Kosovonun baş məşqçisi: "Riçard Almeyda kimi oyunçu olduğu halda..."

"Nəticədən narazı deyiləm. Azərbaycan daha çox topa yiyələnsə də, təhlükəli ola bilmədi. Biz yaxşı müdafiə olunduq. Riçard Almeyda kimi oyunçu olduğu halda, biz rəqib hücumlarının qarşısını aldıq. Öz hücumçularımdan razı qalmadım. Bilirəm ki, bundan yaxşısını edə bilərik".

Qaynarinfo xəbər verir ki, bu sözləri millimizlə UEFA Millətlər Liqasının oyunundan (0:0) sonra Kosovo yığmasının baş məşqçisi Bernar Şalland deyib.

67 yaşlı mütəxəssis qarşılaşmanın daha çox yoldaşlıq görüşü xarakteri bağışlaması ilə fikirləri qəbul etmir: "Xeyr, mən bu oyunu yoldaşlıq görüşünə bənzətməzdim. Bənzətməyim hər iki komandaya hörmətsizlik olardı".
 
"Azərbaycan doğrudan da çox güclüdü. Daha çox qol imkanı yaratdılar. Möhtəşəm oyun kimi görünməyə bilər. Amma çətin qarşılaşma oldu" deyə Bernar Şalland bildirib.