Dünya 15:36 29.01.2019

Kral ailəsi Meqan Markla xəbərdarlıq etdi

Böyük Britaniya Kral ailəsi Sasseks hersoginyası Meqan Markla xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, Markl ötən dövrlərdə düşdüyü avtomobilin qapısını bağlamaqla medianın gündəminə düşmüşdü. Qapını bağlamamaq Krallığın köhnə təhlükəsizlik qaydalarındandır və qısa müddətdə mühafizəçinin Kral ailəsinin üzvünü avtomobilə geri qaytara bilməsi məqsədi daşıyır. 

Qeyd edək ki, hersoginya xəbərdarlıqdan sonra belə bir addım atmayıb.

Gülşən