Dünya 16:11 12.06.2018

Kralın kürəkəni həbs olundu: 5 il 10 ay həbs cəzası verildi

İspaniya kralı VI Felipenin bacısı Kristina Federikanın həyat yoldaşı İnaki Urdanqarin həbs edilib.

Qaynarinfo xəbər verir ki, Urdanqarin 5 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Kral ailəsinin üzvü vergidən yayınmaqda və 2004-2006-cı illərdə ictimai fondlardan milyonlarla avronu öz məqsədləri üçün istifadə etməkdə ittiham olunur. 

İnaki Urdanqarinin 10 il azadlıqdan məhrum edilməsi tələb olunurdu. Əgər Konstitusiya Məhkəməsi onu əfv etsə, Urdanqarinin həbsdən çıxa bilər. 

Qeyd edək ki, İspaniya elitasındakı korrupsiya faktları 2010-cu ildən ortaya çıxmağa başlayıb. Bu səbəbdən hətta Kral Xuan Karlos 2014-cü ildə öz taxtından imtinaya məcbur olmuşdu.

Gülşən