Foto 14:43 14.03.2019

Kralın taxtdan imtinasına səbəb olan görüntülər yayıldı (FOTOLAR)

Keçmiş Malayziya Kralı V Məhəmmədin özündən 24 yaş kiçik həyat yoldaşı Oksana Voyevodinanın hovuzda başqa kişi ilə çəkilmiş görüntüləri yayılıb.

Qaynarinfo xəbər verir ki, Voyevodinanın modellik etdiyi dövrlərdə iştirak etdiyi TV şousunda hovuzda kişi iştirakçı ilə cinsi əlaqəyə girdiyi görüntülər yayılıb. Kral V Məhəmməd məhz bu görüntülərə görə taxtdan imtina edib.

Qeyd edək ki, V Məhəmməd Voyevodina ilə ötən ilin noyabr ayında ailə həyatı qurmuşdu. Kraldan 24 yaş kiçik rusiyalı gözəl nikahdan sonra modellik karyerasını sonlandırmış və hicaba keçmişdi. O, hətta hamilə qala bilmək üçün Almaniyada müalicəyə də başlamışdı. V Məhəmməd isə qalmaqallı evlilik qərarından sonra bu ilin əvvəllərində taxtdan getdiyini açıqladı.

Gülşən