Xəbər lenti

Kredit sığortası problemi: niyə Azərbaycanda yoxdur?
Ölkə 13:20 05.07.2015

Kredit sığortası problemi: niyə Azərbaycanda yoxdur?

Azərbaycanda problemli kreditlərin həcmi 1,2 milyard manatı ötüb. Bu göstərici kredit sığortasını aktuallaşdırır. Ancaq sığorta şirkətləri kreditləri sığortalamaqda maraqlı deyillər. Bunun bir sıra səbəbləri var. 

"Qaynar.info "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, kredit sığortası kredit götürən şəxsin banka borcunu ödəyə bilmədiyi təqdirdə həmin vəsaitin sığorta şirkəti tərəfindən ödənilməsini nəzərdə tutur. Azərbaycanda bu sığorta ödənişi kredit götürənlərin vəfatı və əmək qabiliyyətinin itirilməsi hallarında həyata keçirilir. Xarici təcrübədə isə kredit sığortasının əhatə dairəsi daha genişdir.

Sığorta hadisəsi siyahısında borcun ödənilməsini çətinləşdirən səbəbləri genişləndirməklə problemli kreditlərin həcmini azaltmaq olar. Bu məsələdə banklar maraqlı olsa da, sığorta şirkətləri boyun qaçırır. Digər tərəfdən müştərilər tərəfindən də sui-istifadə halları sığorta şirkətlərini kredit sığortasından uzaqlaşdırır.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->