Dünya 16:40 25.01.2022

Kreml Kadırovu başa saldı: “Rusiyanın rəhbəri Putindir”

Dmitri Peskov jurnalistlərin xahişi ilə Çeçenistan rəhbəri Ramzan Kadırovun yeni bəyanatlar toplusunu, xüsusən də Rusiya Federasiyasının prezidenti olsaydı, Ukraynanı çoxdan alacağı ilə bağlı sözlərini şərh edib.

Qaynarinfo-nun məlumatına görə, mətbuat katibi vurğulayıb ki, Kadırov bütün Rusiya vətəndaşları kimi növbəti prezident seçkilərində namizəd kimi iştirak edə bilər - bu hüquq Konstitusiyada təsbit olunub. "Ümumiyyətlə, xatırlatmaq istəyirəm ki, dövlət başçısı xarici siyasətin əsaslarını formalaşdırır. Və bizimçün çox sevindiricidir ki, Çeçenistanın subyekt kimi daxil olduğu Rusiya Federasiyasının rəhbəri Vladimir Vladimiroviç Putindir”, - Peskov bildirib.

O, Çeçenistan rəhbərinin respublikanın investorlar üçün maraqlı olmadığı və federal mərkəzdən ildə 300 milyard rubl maliyyə dəstəyi olmadan yaşaya bilməyəcəyi barədə sözlərinə də münasibət bildirib.

Peskovun sözlərinə görə, Rusiyada investisiya üçün ümidsiz regionlar yoxdur, heç bir mövzuda "müəyyən sənaye sahələrinin inkişafı və investisiya cəlbediciliyinin artırılmasına görə ilkin şərtlərin yaradılması üçün ehtiyatlar mövcuddur”.

"Bununla uğur qazanan regionlar da, daha az uğur qazananlar da var ki, onlar da yetişməlidirlər”.
 
Alpər