Xəbər lenti

Kreml: Putin və Baydenin danışacağı rabitə xətti qorunacaq
Dünya 19:00 06.12.2021

Kreml: Putin və Baydenin danışacağı rabitə xətti qorunacaq

Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden sabah videoformatda qapalı görüş keçirəcəklər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının rəsmi nümayəndəsi Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, danışıqlar dekabrın 7-də Moskva vaxtı ilə saat 18:00-da təhlükəsiz rabitə xətti ilə aparılacaq. Jurnalistlər onları izləyə bilməyəcək, lakin təşkilatçılar söhbətin başlanğıcını göstərəcəklər.

"Biz, məncə, ünsiyyətin ilk kadrlarını göstərəcəyik, lakin təbii ki, bunlar yalnız ilk kadrlar olacaq...” – RİA Novosti Kreml spikerindən sitat gətirib.

Peskov qeyd edib ki, Rusiya tərəfi videokonfransın "müddəti və hərtərəfliliyinə” ümid edir.

"Bu, iki prezidentin birbaşa söhbəti olacaq. Prezident Baydenin yanında kimin olacağını deyə bilmərəm", - Peskov bildirib.

Bununla belə, videobağlantı vasitəsilə görüşdən sonra Putin və Baydenin birgə bəyanatları gözlənilmir.

Peskovun sözlərinə görə, mövzulardan biri NATO-nun Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləməsi və Ukrayna ətrafında vəziyyət, Rusiyanın "işğal planıyla” bağlı Qərb dünyasını ciddi şəkildə narahat etməsi məsələsi olacaq.

Putin və Bayden həmçinin Rusiya ilə ABŞ arasında son illərdə pisləşən münasibətləri, xüsusən də Rusiya Federasiyasının rəhbərinin təhlükəsizlik zəmanətləri ilə bağlı təşəbbüsünü müzakirə edəcəklər. "Əlbəttə, Cenevrədə əldə olunan anlaşmaların necə həyata keçirildiyini müzakirə etmək, nəyin tam şəkildə həyata keçirildiyini və nəyin əlavə səylər tələb etdiyini görmək lazımdır”, - Kremlin sözçüsü qeyd edib.

2021-ci il iyunun 16-da Rusiya və ABŞ prezidentlərinin Cenevrədə təkbətək görüşü olub. Baydenin özü də yeni ilə qədər Putinlə yeni danışıqlar aparmaq planlarından danışaraq, söhbətin uzun olacağını bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, Avropada baş verən cari hadisələrə gəlincə, o, digər ölkələrin (Rusiyanın. - Red.) elan etdikləri "qırmızı xətləri” tanımır.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->