Texnologiya 18:23 07.02.2018

Kriptovalyuta milyarderlərinin reytinqi açıqlandı

"Forbes” jurnalı ilk dəfə kriptovalyuta milyaderlərinin reytinqini hazırlayıb. 

Qaynarinfo xəbər verir ki, siyahıya "Ripple” şəbəkəsinin rəhbəri Kris Larsen rəhbərlik edir. Kriptovalyuta əməliyyatlarında zənginləşən ən varlı iş adamının 7,5-8 milyadr dollar var dövləti olduğu hesab edilir.

Siyahının ikinci pilləsində Cozef Lavin qərarlaşıb. "Ethereum”un yaradılmasına dəstək vermiş iş adamının 1-5 milyard dolları var. İlk "üçlüy"ü 1,1-2 milyadr dollarla "Binance" kriptovalyuta birjasının təsisçisi Çanpen Çjao qapayır.

Kriptovalyuta milyarderlərindən Tilor və Kemeron Uinklvos qardaşlarının sərvətinin 0,9-1,1 milyard dollar olduğu güman edilir. "Ethereum"un yaradıcısı Vitalik Buterin isə 400-500 milyon dollarla 5-ci pilləni tutur.