Ölkə 12:53 26.09.2020

Küçədə keçmiş əri tərəfindən bıçaqlanan qadın təxliyə edildi

"Əri tərəfindən bıçaqlanan qadın Gəncə şəhər 3 nömrəli Xəstəxanasına təxliyyə olunub".

Bunu Qaynarinfo-ya açıqlamasında Gədəbəy rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Şöbəsinin müdiri Akif Həsənov deyib. O bildirib ki, xəstədə açıq daxilə keçən bıçaq yaraları olub:

"Güman ki, əməliyyat olunub. Xəstədə qarın boşluğunun açıq daxilə keçən bıcaq yarası vardı. Bundan əlavə çoxsaylı bıcaq yaraları, qolunda kəsiklər vardı. Qadın boşanıb. Əri də onu küçədə görüb və belə xəsarətlər yetirib".

Qeyd edək ki, sentyabrın 25-də Gədəbəy rayonu ərazisində Qurudərə kənd sakini Zülfiyyə Məsimovaya çoxsaylı bıçaq xəsarətləri yetirilib. Araşdırma zamanı məlum olub ki, qadını keçmiş əri bıcaqlayıb.

Bahar Rüstəmli