Ölkə 19:37 04.08.2018

Küçədə yaşayan keçmiş iş adamı yenidən xəstəxanaya yerləşdirildi

Vaxtilə iş adamı olmuş, ailəsi tərəfindən tərk edildiyindən səfil kimi yaşayan Akif Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi uğurla davam edir.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı məlumat verib. Nazirlik rəsmisi Akif Əliyevin səhhəti ilə maraqlanmaq üçün xəstəxanada ona baş çəkib:

"Xəstəxanada onu ziyarət etdik. Akif müəllimin ən böyük arzusu tezliklə sağalaraq övladlarına qovuşmasıdır".

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Akif Əliyev xəstəxanaya yerləşdirilsə də ordan getmişdi.