Foto 09:40 13.07.2019

Külək ağacları maşınların üzərinə aşırdı (FOTOLAR)

Dünəndən başlayan güclü külək Gəncədə də fəsadlar yaradıb. 

Şəhərin Heydər Əliyev prospektində çinar ağacı küləyin təsirindən aşaraq şəhər sakini Zaman Zeynalova məxsus avtomobili zədələyib. Təbii fəlakət nəticəsində yol bir müddət bağlı qalıb. 

Bundan başqa daha bir ərazidə ağac "Hundai” markalı maşının üzərinə aşaraq ona ziyan vurub. 

Hazırda aidiyyatı qurumlar küləyin törətdiyi fəsadların aradan qaldırılması işləri ilə məşğuldurlar. ("Qafqazinfo”)