phrase_var_qaynar. 10:26 28.10.2021

Kuman getdi: "Barselona" Xavi ilə danışıqlara başladı

"Barselona" klubun keçmiş yarımmüdafiəçisi Xavini baş məşqçi təyin etmək niyyətindədir.

Qaynarinfo El Chiringuito TV-yə istinadla xəbər verir ki, kataloniyalılar cümə axşamı bütün təfərrüatları həll edə biləcəklərinə ümid edirlər.

Mavi-qırmızılı futbolçulardan bəziləri artıq 41 yaşlı kataloniyalı ilə danışıb.

Xavi karyerasının böyük hissəsini "Barselona"da keçirib (1998-2015) və klubla 25 kubok, o cümlədən 4 Çempionlar Liqası və 8 İspaniya çempionluğu qazanıb.
2015-ci ildə "Əl-Sədd”ə keçib, 2019-cu ildə isə Qətər klubunda məşqçilik karyerasına başlayıb və çempionluq da daxil olmaqla komanda ilə 7 kubok qazanıb.

Çərşənbə günü axşam "Barselona"nın baş məşqçisi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

"Barsa” son turda "klasiko”da evdə "Real Madrid”ə uduzub (1:2). 10 görüşdə 15 xal toplayan komanda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Çempionlar Liqasında 3 turdan sonra 3 xalla "blauqrana" qrupda 3-cü yeri tutur.
 
Alpər

Oxşar xəbərlər