Dünya 17:06 07.08.2017

Kürd gözəlin yalanı üzə çıxdı,tacı əlindən alındı (FOTOLAR)

2017-ci ildə "Miss İraq" seçilən Viyan Əmir Nuri Süleymanın tacı geri alınıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, subay olduğunu bildirirərək yarış üçün qeydiyyatdan keçən Viyan Əmirin evli olduğu məlum olub. 

Qeydiyyatdan şəxsiyyət vəsiqəsi ilə yox, pasportu ilə keçən və anketdə evli ya da nişanlı olmadığını qeyd edən Əmirin 25 mayda qazandığı 1-cilik əlindən alınıb.

Qeyd edək ki, Viyan 1-ciliyi bacısı Suzan Əmirdən təhvil almışdı.

Gülşən

Qaynarinfo.Az