Foto 13:14 21.04.2019

Kürdəmirdə evdə partlayış: bir ailənin 5 üzvü xəsarət alıb (FOTOLAR)

Kürdəmirdə evdə partlayış baş verib, bir ailənin beş üzvü yanıq xəsarətləri alıb.

Qaynarinfo ONA-ya istinadən xəbər verir ki, hadisə bu səhər saat 6:00 radələrində rayonun "Cənub məhəlləsi” adlanan ərazisində baş verib.

Belə ki, 31 yaşlı Əsədov Anar Bünyad oğlu səhər oyanıb televizoru yandırarkən partlayış baş verib. Nəticədə 31 yaşlı Anar Əsədov, 34 yaşlı Qəndab Hüseynova, 8 yaşlı İlahə Əsədova, 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyad Əsədov müxtəlif növ ağır yanıq xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Yaralıların vəziyyəti ağır olduğundan onları Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.