Sənət 13:20 04.04.2018

"Kurtlar Vadisi" hansı kanalda yayımlanacaq?

İki ildir yayımlanmayan "Kurtlar Vadisi" serialı ilə bağlı yeni xəbərlər yayılıb. 

Qaynarinfo xəbər verir ki, "Posta" qəzetindən Mesut Yar "Görüşmeyen Kanallar Net" başlıqlı köşə yazısında bəzi məqamlara toxunub.

Yazar iddia edir ki, yeni serialarla tamaşaçıların görüşünə gəlməyə hazırlaşan əfsanəvi serialın yayımlanacağı kanal bəlli deyil. Belə ki, "PanaFilm" "Kurtlar Vadisi"nin hər seriyası üçün 1,5 milyon lirə tələb edir. Bu isə Türkiyə tarixində rekord hesab olunur.

Mesut Yar "PanaFilm"in bir neçə kanalla danışıqlar apardığını yazsa da, onların adlarını açıqlamayıb. Amma qeyd edib ki, bu siyahıda ölkənin aparıcı kanalları - "Show TV", FOX, "Star TV", "Kanal D" və ATV yoxdur.

"O pulu verəcək bir kanal varsa, həmən göstərin bu köşəyə yazım" deyə yazar sonda qeyd edib.

Aydın