Dünya 10:51 01.04.2020

"Kurtlar Vadisi"nin aktyoru koronavirus səbəbindən öldü (FOTO)

"Kurtlar Vadisi Pusu" serialında "Ordinariyüs" obrazını canlandıran məşhur aktyor Turhan Kaya vəfat edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, aktyor 10 gün öncə öskürək şikayəti ilə yerləşdirildiyi Sultan Həmid Xan Tədris və Araşdırma Xəstəxanasında dünyasını dəyişib. Mərhum aktyorun oğlu atasının ölüm səbəbinin koronavirus epidemiyası olduğunu açıqlayıb.

Bütün müdaxilələrə baxmayaraq aktyorun həyatını xilas etmək mümkün olmayıb. Kayanın anası, bacısı və oğlu da daxil olmaqla münasibətdə olduğu hər kəs karantin altına alınıb.

Aktyorun Fransa vətəndaşı olan həyat yoldaşı xaricdə olduğu üçün cənazə mərasiminə qatıla bilməyib.

Qeyd edək ki, Turhan Kaya həmçinin "Min bir gecə", "Çemberimde gül oya" kimi populyar seriallarda da rol alıb.

Camal