Sənət 10:27 01.09.2020

“Kurtlar Vadisi”nin "Tombalaçı Mehmet"i öldü

 
Türkiyənin məşhur aktyoru Haldun Boysan dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, 62 yaşlı aktyor "Maira və Mustafa" serialının çəkilişi zamanı vəfat edib. Onun ölüm səbəbi infarkt keçirməsi olub.

Qaldığı oteldə halı pisləşən sənətçi üçün təcili yardım çağrılıb. Dərhal xəstəxanaya aparılan Boysanı xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Boysan "Kara Melek", "Gemide", "Çılgın Bediş", "Kurtlar Vadisi" kimi bir çox serial və filmdə rol alıb. Onun məşhurlaşmasında "Kurtlar vadisi" serialında canlandırdığı "Tombalaçı Mehmet" obrazının xüsusi rolu olub.